Rəbiyyət Aslanova: "ATƏT münaqizəni yaradan və vaxtı uzadan tərəfə qarzı ciddi addımlar atmalıdır"

img

02-10-2010 [11:37]


?Azərbaycanın işğal olunmuş ərazilərinə qiymətləndirmə missiyasının gəlməsi müstəb addımdır. Amma əsas məsələ odur ki, missiya reallıqları öz hesabatlarında düzgün əks etdirsin?. Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib. R.Aslanova bildirib ki, missiyanın bölgəyə gəlməsi Azərbaycanın mövqeyinin nəticəsidir və bu, təqdir olunmalıdır. Onun sözlərinə görə, qiymətləndirmə missiyası obyektiv araşdırma aparıb nəticə ortaya qoyarsa bu Ermənistanın ifşası üçün ciddi addım olacaq. ?ATƏT çalışmalıdır ki, öz məkanında münaqişələr son qoyulsun. Ona görə də, qiymətləndirmə missiyasının mövqeyi faktlara bir daha aydınlıq gətirəcək. ATƏT münaqişəni yaradan və uzadan tərəfə qarşı ciddi addımlar atmalıdır? deyə nümayəndə heyətinin üzvü qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA