Feysbukdan yenilik: mesajları silmək olacaq

img

08-04-2018 [10:29]


"Feysbuk"da artıq qarşı tərəfə göndərilən mesajları da silmək olacaq.

Axar.az xəbər verir ki, şirkət təmsilçiləri 6 apreldə verilən açıqlamada Mark Zukerberqin göndərdiyi mesajları təhlükəsizlik baxımından sildiklərini etiraf ediblər.

Adi istifadəçilər də çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq orasındadır ki, adi istifadəçilərin pozduqları mesajlar yalnız öz hesablarından silinir. Mesajı qəbul etmiş şəxsin hesabında isə qalırdı. Ancaq bundan sonra Feysbuk mesajlara "Unsend” düyməsini əlavə etməyi planlaşdırır. Bu düymə aktiv edilərsə, göndərilən mesajları qarşı tərəfin də cihazından silmək mümkün olacaq.

Qeyd edək ki, bu funksiya bir müddətdir Votsapda aktivdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA