AMiP seçkiərəfəsi qanunsuzluqlara etiraz edir

img

01-10-2010 [03:16]


Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkiləri ilə bağlı üzvlərinə qarşı təzyiqlərin olması barədə məlumat yayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bir sıra dairələrdə yerli icra strukturları və polis seçki prosesinə kobud şəkildə müdaxilə edir, namizədlərin imza toplamasına bu və ya digər şəkildə maneçilik törədirlər. 38 saylı Gəncə-Nizami İkinci Seçki Dairəsindən Aslanov Eldar iki dəfə polis idarəsinə dəvət olunub və ona hədə-qorxu gəlinib. 93 saylı Bərdə şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş AMİP Bərdə Rayon Təşkilatının sədri Zahid Qarayev üçün imza toplayan şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanmış və onlara təzyiqlər göstərilib. Rayonda icra strukturlarının tapşırığı ilə büdcə təşkilatlarında çalışan şəxslərin şəxsiyyət vəsiqələri yığılıb, bu azmış kimi məktəb direktorları və bələdiyyələr vasitəsi ilə seçicilərin şəxsiyyət vəsiqələrinin onlara təhvil verilməsi istənilib. 79 saylı İmişli Seçki Dairəsindən isə AMİP İmişli Rayon Təşkilatının sədri, deputatlığa namizədliyi irəli sürülən Tapdıq Həsənovdan yerli hakimiyyət orqanları ?öz xoşu? ilə namizədliyini geri götürüməsi tələb olunub. 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Qəbələ Rayon Təşkilatının sədri İsmayılov Sadiqə yerli hüquq-mühafizə orqanları imza toplamasına maneçilik törədir, onun kəndbəkənd izləyirlər. Həmçinin, S. İsmayılovun yaxınlarına da basqılar davam edir. AMİP bildirib ki, bütün bunlar hakimiyyətin partiyaya qarşı seçkilərin elə ilk dövründən davamlı pressinqlərə başlandığını və bu partiyanı hər vəchlə seçki prosesindən kənarlaşdırmağa çalışdığını göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA