AMiP sədri ATƏT-in müzahidə missiyasının rəhbəri ilə görüzüb

img

01-10-2010 [03:07]


Bu gün AMİP sədri Yusif Bağırzadə ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, xanım Odri Qlover və Siyasət üzrə təhlilçi Marian Qabriellə görüşüb. AMİP-in mətbuat və informasiya xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu ölkədə keçiriləcək parlament seçkiləri və seçkiqabağı mühit olub. Y. Bağırzadə AMİP-in seçki prosesində iştirakı və partiyanın irəli sürdüyü namizədlərin qarşısına çıxarılan süni əngəllər barədə məlumat verərək bildirib ki, bütün bu proseslər demokratik və şəffaf seçki keçirilməsinə şübhələr yaradır. Xanım O. Qlover Azərbaycanda keçiriləcək parlament seçkilərinə xüsusi önəm verdiklərini və seçki prosesinin nəzarətdə saxladıqlarını diqqətə çatdırıb. Görüşdə, həmçinin demokratik təsisatların vəziyyəti, insan haqları və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA