?Milli Məclis-Qanunverici orqan? adlı yaddaz kitabçası nəzr edildi

img

01-10-2010 [12:34]


7 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən maarifləndirici tədbirlər çərçivəsində ilk dəfə səs verəcək gənclər üçün ?Milli Məclis-Qanunverici orqan? adlı yaddaş kitabçası nəşr edilib. Kitabçada Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Parlamenti, Azərbaycan parlamentarizm tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, Milli Məclisin iş prinsipi, Azərbaycan Respublikasının Konstitusiyasından və Seçki Məcəlləsindən çixarışlar öz əksini tapıb. Kitabça Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə çap edilmişdir. Eyni zamanda İlk dəfə səs verəcək gənclər üçün məlumat seminarlarının keçirilməsinə də start verilib. Belə ki, 7 noyabr 2010-cu il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Gənclər və İdman Nazirliyi tərəfindən 29 sentyabr tarixindən məlumat seminarlarının keçirilməsinə başlanılmışdır. Seminarlar 27 oktyabr tarixinədək davam edəcək. Seminarların keçirilməsində əsas məqsəd indiyədək Qanunverici orqan-Milli Məclisə keçirilmiş seçkilər, seçkilərin keçirilməsinin qanunvericilik əsasları və seçki günü səsvermə proseduru haqqında gəncləri məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır. 50-dən artıq rayonda keçiriləcək maarifləndirici seminarlar 10.000-ə yaxın gənci əhatə edəcək. Keçiriləcək seminarlarda Mərkəzi Seçki Komissiyasının və rayon (şəhər) Dairə Seçki Komissiyalarının nümayəndələri, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri, fəal gənclər və tanınmış ziyalı şəxslər iştirak edəcəklər. Seminarların sonunda Nazirlik tərəfindən ilk dəfə səs verəcək gənclər üçün nəşr edilmiş yaddaş kitabçaları və müxtəlif maarifləndirici çap məhsulları paylanacaqdır. Bundan başqa semnarlarda seçki gününə kimi 18 yaşı tamam olmuş gənclərə Polis idarəsi əməkdaşlarının iştirakı ilə şəxsiyyət vəsiqələri təqdim ediləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR