Mart ayında hansı qurumların adı mətbuatda daha çox hallanıb? - Media monitorinq qrupu açıqladı

img

02-04-2018 [21:00]


MC&S-in media monitorinq qrupu  01-31 mart 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Qurumdan Mia.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. 

Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  

Aparıcı 3 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  

Məlumatların sayına görə, mobil rabitə şirkətləri arasında Azercell (1258 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1385 məlumat), sığorta şirkətləri arasında Paşa Sığorta (139 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq