?Azercell" jurnalistlər üçün pulsuz ingilis dili kursları təzkil edir

img

30-09-2010 [04:15]


?Azercell Telekom? MMC jurnalistlər üçün xüsusi ingilis dili kursları elan edir. Şirkətdən verilən məlumata görə, ixtisaslaşmış yerli və xarici ingilis dili müəllimləri jurnalistlərin ingilis dilində məlumatları öyrənmək, toplamaq, yazmaq və xəbər hazırlamaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dərslər keçəcəklər. Kurslar Kütləvi İnformasiya Vasitələrində çalışan peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək jurnalistikada ən azı 2 il iş təcrübəsi, başlanğıc səviyyədə ingilis dili bilikləri, hər hansı KİV-də çalışmasının təsdiqi və rəhbərinin tövsiyə məktubunu təqdim etməklə 7 ay ərzində davam edəcək kurslarda müntəzəm iştirak, son 3 ay ərzində hazırlanmış ən azı 3 məqalə ((Radio və TV jurnalistləri hazırladığı süjet və xəbərlərin mətnini təqdim etməlidirlər) tələb olunur. İngilis dili kursları oktyabr 2010 - may 2011-ci il arasında Bakıda keçiriləcək. Kurslarda iştirak etmək üçün 24 namizəd seçiləcək (İngilis dilinin bilik səviyyəsindən asılı olaraq). Seçim Komitəsi tərəfindən yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlərlə müsahibə aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR