AMiP hakimiyyətdən qanunsuzluqlara son qoyulmasını tələb edir

img

30-09-2010 [03:49]


?Azərbaycanda keçiriləcək parlament seçkilərinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Azərbaycan Milli İstiqlal Partiyası seçkiləri demokratiyanın təməl prinsiplərindən biri hesab etdiyindən bu prosesə fəal şəkildə qoşulub. Partiya 70 nəfərin namizədliyini irəli sürüb. Hakimiyyət mənsubları dəfələrlə seçkilərin azad və ədalətli keçirilməsi barədə bəyanatlar verməsinə baxmayaraq, indidən bəzi süni əngəllər yaratmaqla siyasi rəqiblərinə müxtəlif təzyiqlər göstərərək seçki prosesindən uzaqlaşdırmağa çalışırlar. Bu hal, xüsusən də, namizədliyi AMİP tərəfindən irəli sürülən şəxslərin üzərində daha cox hiss edilməkdədir. Bir sıra namizədlər barədə də yerlərdən həyacanlı xəbərlər gəlməkdədir. Belə ki, əksər Seçki Dairələrində AMİP namizədləri yerli icra strükturlarının qanunsuz təzyiqlə üzləşiblər. Onlara namizədliklərini geri götürmələri barədə xəbərdarlıq edilib?. MİA-nın xəbərinə görə, bu fikirlər AMİP-in bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, AMİP bu kimi qanunsuz halların artmasından narahat olduğunu bildirir və hakimiyyətdən bunun qarşısının alınmasını qətiyyətlə tələb edir. Əgər proseslər bu cür davam edərsə partiya göstərilən təzyiqlərin qarşısını almaq üçün qanunların imkan verdiyi vasitələrə, o cümlədən müxtəlif aksiyalara əl atmaq məcburiyyətində qalacaq. AMİP bir daha Azərbaycan hökümətini üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və ölkədə demokratik, şəfaf və bərabər rəqabətə əsaslanan seçki şəraiti yaratmasına çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA