Aydınlar Partiyasının namizədlərinə təzyiq edilir

img

30-09-2010 [02:22]


Aydınlar Partiyasının Astara rayon təşkilatının sədri, 77 saylı Astara seçki dairəsindən ?Qarabağ? blokunun vahid namizəi Əli Əliyevə qarşı təzyiqlər olunur. Bu barədə MİA-ya Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, rayon təhsil şöbəsinin müdiri Ə.Əliyevə namizədliyini geri götürməsi üçün təzyiqlər edir: ?Əli bəy Ərçivan 3 saylı məktəbdə tarix müəllimi işləyir. Təhsil şöbəsinin müdiri ondan tələb edir ki, o, namizədliyini geri götürsün, əgks təqdirdə işdən çıxarılacaq. Çünki Əli bəy rayonda nüfuz sahibi olan bir adamdır. Ona görə də onu geri çəkilmək üçün təzyiq göstərirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA