Etibar Məmmədov Böyük Britaniyaya səfər edəcək

img

30-09-2010 [02:09]


AMİP lideri Etibar Məmmədov və AMİP Siyasi Şura üzvü Məhərrəm Həsənov Böyük Britaniyanın Konservatorlar Partiyasının oktyabrın 3-dən 6-dək Birmingem şəhərinə keçiriləcək qurultayında iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər. MİA-nın xəbərinə görə, qurultay zamanı E.Məmmədovun Birləşmiş Krallığın bir sıra rəsmiləri ilə, o cümlədən Xarici İşlər Naziri Vilyam Heyqlə görüşləri gözlənilir. Bir daha xatırladaq ki, AMİP Beynəlxalq Demokrat İttifaqı (BDİ) çərçivəsində Böyük Britaniyanın hakim Konservatorlar partiyası ilə uzun müddətdir ki, müttəfiqlik edir və çoxşaxəli ikitərəfli əlaqələrə malikdir. E.Məmmədov isə 2005-ci ildən BDİ-nin sədr müavinidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA