"Bu, qəbuledilməz və biabırçılıqdır" - Mətbuat Şurası sədrindən alimin jurnalistləri təhqir etməsinə reaksiya

img

30-03-2018 [17:19]


Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair məlumatlar yayılıb.

Mia.az xəbər verir ki, məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da rekasiya verib.

O, sosial şəbəkədəki səhfiəsində belə yazıb: 

"Mən şəxsən hadisənin təfərrüratlarına, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist R.Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir.

Əmin olmaq istərdim ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq