Milli Məclisdə Faiq Ağayev söhbəti

img

30-09-2010 [12:18]


Bu gün üçüncü çağırış Milli Məclisin sonuncu - payız sessiyası işinə başlayıb. İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov üçüncü çaqırış Milli Məclisin beş illik fəaliyyəti dövründə 1058 qanun layihəsi qəbul etdiyini bildirib. Onun sözlərinə görə, parlamentin xətti ilə Milli Məclisin ayrı-ayrı komissiyaları 70 xarici səfər təşkil edib. Eyni zamanda dünyanın müxtəlif yerlərindən 600 ?dən artıq nümayəndə heyəti Milli Məclisə qonaq qəbul edilib. Çıxış üçün ilk söz alan deputat Pənah Hüseyn Müsavatın MSK-ya nümayəndə göndərməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasını təklif edib. Sonra millət vəkili xalq artisti Faiq Ağayevi bıçaqlanması məsələsini gündəmə gətirib. O bildirib ki, müğənnini bıçaqlayan yan şəxsin ailə üzvlərinin ona müraciət edib və məhkəmənin məsələyə obyektiv baxmasını xahiş ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA