BAXCP sədr müavininin deputatlığa namizədliyi qeydə alındı

img

29-09-2010 [05:03]


Namizədliyi ?İslahat? bloku tərəfindən 45 saylı Abşeron seçki dairəsindən irəli sürülən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə namizədin özü məlumat verib. N.Orduxanlı deyib ki, imzatoplama kampaniyasını qısa zamanda başa vurub sənədləri DSK-ya təqdim etmişdilər: ?Bu günə kimi keçən prosedurlarda hər hansı bir problemlə üzləşmədik. Dairə Seçki Komissiyası da qanunauyğun olaraq əlavə bir problem yaratmadı və namizədliyim qeydə alındı?. Namizəd onu da bildirib ki, hazırda təşviqat kampaniyasının başlanmasını gözləyirlər: ?Kampaniya başlayan kimi bütün qüvvəmizi səfərbər edəcəyik. Hər hansı bir problemin olacağını düşünmürəm. Bu dairədə səs almaq mənim üçün daha asandır. Çünki bu dairənin əhalisi məni yaxşı tanıyır və səslərini mənə verəcəyini düşünürəm. Hesab edirəm ki, 45 saylı dairədən ən çox səsi alaraq, qalib gələ biləcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA