?Etik jurnalistika və seçkilər? mövzusunda iki seminar keçirilib

img

29-09-2010 [02:20]


Söz azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası ?etik jurnalistika və seçkilər? mövzusunda sentyabrın 16-dan 22-ə qədər Bakı şəhərində Azərbaycan jurnalistləri üçün 2 seminar təşkil edib. Seminarlarda Azərbaycanın kütləvi informasiya vasitələrini təmsil edən 32 jurnalist iştirak edib. Bu məşğələlər, həmçinin, noyabrın 7-də keçiriləcək parlament seçkilərinə həsr olunub. Ölkənin aparıcı 29 KİV-inin- əsas qəzet və televiziya qurumlarının təmsilçiləri məşğələlərdə iştirak ediblər. BJF-dən olan iki beynəlxalq ekspert yerli jurnalistlərə jurnalsitikanın etik prinsipləri haqqında məşğələlər keçiblər. Bu sahədə olan mövcud beynəlxalq təcrübələrə istinad olunub. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib, həmçinin Mərkəzi Seçi Komissiyası, ATƏT, eləcə də Beynəlxalq Şəffaflıq ?Azərbaycan təşkilatından qonaqlar da tədbirlərə qatılıblar. ? Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan etik jurnalistika prinsipləri ilə tanış etmək və bu sahədə onların biliklərini artırmaqdır. Bu, xüsusilə də Aərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, cəmiyyətin siyasi qütblərə bölünməsi müstəqil jurnalistikanın inkişafına mane olur?-bu sözləri Jurnalsitlərin həmkarlar ittifaqının sədri, Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsinin koordinatoru Müşfiq Ələsgərli deyib. Keçirilmiş seminar həmçinin Mətbuat Şurası və ATƏT-in birgə hazırladığı və yeni qəbul olunmuş Jurnalistlərin Etik Davranış Qaydaları məcəlləsinin müzakirəsi üçün jurnalistlərə geniş imkan yaradıb. ? Etik kodeksi jurnalistlərə təqdim etmək çox zəruridir. Onlara jurnalistika sahəsində bliklərini artırmaq və bununla da peşəkarlığı qaldırmaq üçün əsas prinsipləri izah etmək olduqca böyük əhəmiyyət kəsb edir?- deyə Müşfiq Ələsgərli bildirib. Hər məşğələ 3 gün davam edib. Mövzular media sahəsində məsuliyyətlilik və Mətbuat Şurası haqqında da olub. Korrupsiya, uşaqlar, etnik azlıqlar və gender mövzuları haqqında da sessiyalar təşkil olunub. Son olaraq isə qarşıdan gələn seçkiləri necə işıqlandırmaq yolları da müzakirə edilib. Bu iki seminar Beynəlxalq Jurnalistlər Federasiyasının Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası ilə birgə başlatdığı ?Etik Jurnalistika təşəbbüsü-Azərbaycan? layihəsi çərçivəsində baş tutub. Koalisiyaya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və ?Ruh? Jurnalistlərin hüquqlarının Müdafiəsi Komitəsindən ibarətdir. ?Etik Jurnalistika təşəbbüsləri Azərbaycan? Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki illik layihədir. Press Reliz haqqında daha ətraflı məlumat almaq üçün proyekt koordinatoru Müşfiq Ələsgərli, yaxud BJF-dən olan Adrien Kollin ilə əlaqə saxlaya bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR