Elxan Şükürlü Rauf Arifoğludan MSK-ya zikayət etdi

img

29-09-2010 [02:12]


Ədalət Partiyası sədrinin müavini, ?İslahat Bloku? seçki blokunun 25 saylı Nizami ikinci seçki dairəsindən vahid namizədi Elxan Şükürlü bu dairədən ?AXCP-Müsavat? və ?Qarabağ? seçki bloklarının vahid namizədi, ?Yeni Müsavat? qezetinin təsisçisi və baş redaktoru Rauf Arioğlunun namizədliyini qeydə almamaq və dairəsini dəyişdirmək tələbiylə bu gün MSK sədri Məzahir Pənahova və 25 saylı DSK-nın sədri Heydər Vəliyevə müraciət edib. Elxan Şükürlünün Seçki Qərargahından MİA-ya verilən məlumata görə, Rauf Arioğlunun təbliğat-təşviqat kampaniyasına rəsmən start verilməmiş 25 saylı dairə ərazisində görüşlər keçirməsi və əhali arasında təbliğat aparması digər iddiaçı namizədlərin bərabər təbliğat aparmaq hüquqlarını pozduğundan, o, belə bir tələblə çıxış etmək qərarına gəlib. E.Şükürlü DSK-ya və MSK-ya müraciətində göstərib ki, Rauf Arifoğlu hələ heç namizəd kimi qeydə alınmamış, dairə ərazisindəki seçicilərlə kütləvi görüş keçirib, üstəlik, rəhbərlik etdiyi qəzetin imkanlarından sui-istifadə etməklə, bütövlükdə sentyabr ayı ərzində Nizami rayonunun 25 saylı dairəni əhatə edən hüdudlarında yaşayan əhalisi arasında aktiv seçki təbliğatı işi aparıb. ?Ədalət? funksionerinin seçki komisiyalarına müraciətində deyilir: ?Rauf Arif oğlu Abbasov sentyabrın 15-də ona seçkilərdə dəstək verəcəyini elan etmiş Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAM) sədri Hacı İlqar İbrahimoğlu ilə birgə Nizami rayon ərazisində yerləşən şadlıq evlərindən birində bir qrup seçici ilə görüş keçirərək, parlament seçkiləri ilə bağlı müzakirələr aparıb və bu görüş barədə həm ?Yeni Müsavat? qəzetində, həm də musavat.com və deyerler.org internet saytlarında məlumat və fotoşəkillər yayımlanıb. Eyni zamanda, seçki kampaniyasına rəsmən start verildikdən sonra ?Yeni Müsavat?ın səhifələrində Nizami rayonunun sosial problemlərini işıqlandırmaq adı altında silsilə məqalələr verilib və faktiki olaraq, qanunda nəzərdə tutulan vaxtdan qabaq seçicilərin imza və səslərinin qazanılmasına səy göstərilib. Məsələn, sentyabrın 24-də ?Yeni Müsavat? qəzetində dərc olunmuş ?Nizami rayonu sosial problemlər məngənəsində? başlıqlı yazıda problemləri qabardılan küçə və binaların hamısı məhz 25 saylı Nizami ikinci Seçki Dairəsinin hüdudlarına daxil olan ünvanlardır?. E.Şükürlü Rauf Arifoğlunun yol verdiyi daha bir kobud qanun pozuntusu kimi isə onun rəhbərlik etdiyi, eləcə də ona yaxın şəxslərin qəzet və saytlarında 25 saylı Nizami ikinci Seçki Dairəsindən olan iddiaçılara, xüsusən də hakim Yeni Azərbaycan Partiyasının namizədi, 4 saylı Vərəm Dispanserinin baş həkimi Sədaqət Vəliyevaya qarşı ?qara piar? kampaniyasını təşkil etməsini göstərib: ? ?Yeni Müsavat?ın 26 sentyabr tarixli sayında ?4 saylı Vərəm Dispanserinin böyük cinayəti? başlıqlı yazıda, ?Yeni Müsavat?ın davamlı olaraq təbliğatını apardığı pia.az saytında isə ?4 saylı Vərəm Dispanserinin rəhbərliyi rüşvət aldıqlarını etiraf etdi? başlıqlı yazılarda YAP-ın namizədi Sədaqət Vəliyevaya qarşı antitəbliğat kampaniyası təşkil etməklə, bir tərəfdən rəqib kimi onun seçicilərin gözündən salınmasına səy göstərilib, o biri tərəfdən isə, faktiki, hakim partiyanın namizədindən narazı olan təbəqələrin rəğbətini qazanmağa, onların seçkiqabağı dəstəyini əldə etməyə çalışılıb ki, bu da dairədən namizədliyini irəli sürəcək digər iddiaçıların qanunla müəyyən edilmiş müddətdə bərabər təbliğata başlamaq və təşviqat aparmaq hüquqlarının indidən tapdanması deməkdir?. Müraciətinin sonunda DSK və MSK-dan Rauf Arifoğlunun namizədliyinin qeydə alınmasından imtina edilməsi tələbini qoyan E.Şükürlü əks halda bu halın bir nəfərin qanunsuzluqlarına nəyinsə naminə göz yumulması, ona şərait yaradılması kimi qiymətləndiriləcəyini və bu dairədə seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi istəyinin indidən şübhə altına alınacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA