KiVDF media quruluzları və jurnalistlər üçün yeni müsabiqə elan edib

img

29-09-2010 [12:30]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Seçki İnformasiya Mərkəzinin yaradılması ilə bağlı müsabiqə elan edib. Fonddan verilən məlumata görə, müsabiqəyə aşağıdakılar layihə təqdim edə bilərlər: - son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər; - müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri və elektron informasiya vasitələri; - dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları; - fərdi jurnalistlər və mətbuatla bağlı digər fiziki şəxslər. Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir: - Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan; - əsasən reklam və erotik xarakterli materiallar dərc edən; - xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan; - təsisçisi dini qurumlar və dini icmalar olan; - təsisçisi siyasi partiyalar və ya siyasi partiyaların funksionerləri olan; - təsisçisi dövlət orqanları olan; - xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan. KİV-lərin və jurnalist təşkilatlarının layihələrinə qiymət verilərkən aşağıdakı meyarlar əsas götürülür: - layihənin məqsədinin aydınlığı və konkretliyi; - layihənin fəaliyyət planının inandırıcı olması; - layihənin büdcəsinin reallığı; - ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu; - layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi və ya jurnalist təşkilatında xarici dilləri mükəmməl bilən, həmin dillərdə məlumat və analitik material hazırlamağı bacaran əməkdaşların olması; - layihə təqdim etmiş fiziki şəxsin azı bir xarici dili mükəmməl bilməsi; - layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi, jurnalist təşkilatı və ya fiziki şəxsin xarici KİV-lərlə iş təcrübəsinə malik olması; - layihə təqdim etmiş qəzet, informasiya agentliyi, jurnalist təşkilatı və ya fiziki şəxsin Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması. Layihənin icra müddəti 2010-cu il oktyabrın 11-dən noyabrın 10-dəkdir.. Layihə üçün maksimum məbləğ 15.000 manat müəyyən edilib. Ərizələr sentyabrın 29-dan oktyabrın 9-dək qəbul olunacaq. Nəticələr oktyabrın 11-dək elan ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR