Cəlilabadın icra bazçısı Qulamhüseyn Əlibəylinin nümayəndələrinə hədə-qorxu gəlib

img

28-09-2010 [01:59]


69 Saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən namizədliyi irəli sürülən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə problem yaradılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Partiyadan verilən məlumata görə, Q.Əlibəylinin seçki qərargahının üzvləri Cəlilabad rayon təhsil şöbəsinə çağırılıblar və orada onlara imza toplamamaq üçün hədə-qorxu gəlinib: ?Təhsil şöbəsinin müdiri Cəlilabadın icra başçısı ilə əlaqə yaradıb. İcra başçısı telefonla şəxsən özü seçki qərargahının üzvlərinə hədə-qorxu gəlib və bildirib ki, özbaşınalıq etməyin, bu dairənin deputatı Fəzail İbrahimlidir. Maraqlısı odur ki, həmin dairədə YAP-ın namizədi İlqar Həsənovdur, amma hakimiyyət Fəzail İbrahimlinin müdafiəsinə başlayıblar. Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələrinə hədə-qorxu gəlirlər?. Məlumatda o da qeyd olunur ki, bu cür müdaxilələr seçki qanunvericiliyə ziddir: ?Aydınlar Partiyası olaraq, bu cür müdaxilələrə etiraz edirik və hakimiyyətdən tələb edirik ki, inzibati müdaxilələrə, kiminsə xeyrinə təbliğat aparılmasına son qoysunlar, namizədlər üçün bərabərhüquqlu şərait yaradılsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA