YAP namizədlər siyahısında dəyiziklik etdi

img

28-09-2010 [01:24]


Yeni Azərbaycan Partiyası (YAP)namizədlər siyahısına dəyişiklik edib. Belə ki, bir müddət öncə açıqlanan 114 nəfərdən ibarət olan namizədlərin sayı azalıb. Namizədlərdən biri deputat-rektor YAP-ın namizədlər siyahısında 31 saylı Suraxanı Seçki Dairəsindən vahid namizəd kimi göstərilən Əhməd Vəliyev həmin dairədən namizədliyini geri götürərək, sənədlərini 107 saylı Qazax Seçki Dairəsindən YAP-ın vahid namizədi kimi təqdim edib. Həmin dairədən YAP-ın vahid namizədi olan Polad Ağakişiyev isə namizədliyini geri götürüb. Deputat Gülər Əhmədova da öncə 15 saylı Yasamal I Seçki Dairəsindən namizəd olsa da, namizədliyini geri götürüb və sənədlərini 34 saylı Xətai II Seçki Dairəsinə təqdim edib. Yeni Azərbycan Partiyasının 34 saylı Xətai seçki dairəsi üzrə vahid namizədi kimi irəli sürülmüş Nərminə Hacıyeva namizədliyini bu dairəyə gəlmiş Gülər Əhmədovanın xeyrinə geri götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA