MTRŞ-dan Zaur Baxşəliyevin xalatıyla bağlı açıqlama: "Əgər qanun pozuntusu aşkarlanarsa,..."

img

17-03-2018 [11:46]


Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb. 

O, aparıcısı olduğu "Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğunu görünüb. Daha sonra Zaur hamamdan çıxdığını, qazın bitdiyini söyləyib.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev unikal.org-a açıqlamasında bildirib ki, bizim şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:

"Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa, onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülər aşkarlan verilişlər ilə bağlı MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ölçü götürülür".

Sədr müavini əlavə edib ki, sözügedən verilişlə bağlı həftənin ilk iş günü yəni bazarertəsi MTRŞ münasibət bildirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA