ATƏT Müzahidə Missiyasının rəhbəri Məzahir Pənahovla görüzüb

img

28-09-2010 [12:14]


Səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Müşahidə Missiyasının üzvləri bu gün Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən verilən MİA-ya verilən məlumata görə M.Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır. Müşhaidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işlərlə maraqlanıb. MSK-nın sədri seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırki seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib. Səfir Odri Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini deyib. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə ATƏT-in Müşahidə Missiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA