Əli Kərimli AXCP-nin qurultayında yeni sədr seçməyi təklif edib

img

25-09-2010 [02:03]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiya üzvlərinə özlərinə yeni sədr seçməyi təklif edib. ?Qafqazinfo?nun məlumatına görə, partiyanın bu gün keçirilən qurultayında çıxış edən Ə.Kərimli bildirib ki, onun artıq sədr kimi səlahiyyət müddəti başa çatır: ?Siz bu qurultayda özünüzə yeni sədr seçə bilərsiniz?. Qurultayda çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bu ilin əvvəlində irəli sürdüyü təklifi yenidən səsləndirib: ?Rəsulzadə ? Elçibəy yolunda olan bütün təşkilatların birləşməsini təklif etmişik və bu təklifimiz öz qüvvəsində qalır. Hesab edirəm ki, hər bir cəbhəçi özünü müsavatçı, hər bir müsavatçı özünü cəbhəçi kimi hiss etməlidir?. İsa Qəmbər parlament seçkilərindən sonra AXCP ilə Müsavatın bir partiyada birləşəcəyini qeyd edib. O, çıxışında Azərbaycanın mövcud problemlərindən danışıb və bu problemlərin həll olunmamasına görə hakimiyyəti tənqid edib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu gün Azərbaycanın ən böyük probleminin dövlətçiliyin unudulması olduğunu qeyd edib: ?Azərbaycan dünyanın ən geridə qalmış 15 ölkəsindən biridir. Ölkənin problemlərindən biri isə elə müxalifətin içərisində olan qarşıdurmalardır. Hər kəs bir-birini satqın adlandırır və buna görə də problemlər həll edilmir?. Millət vəkili Pənah Hüseyn isə Azərbaycan hakimiyyəti ilə müxalifətin hər hansı dialoqun mümkün olmadığını qeyd edib. Qurultayda digər qonaqlar da çıxış edərək öz fikirlərini bildiriblər. Çıxışlardan sonra qurultayda fasilə elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA