Zaur Əhmədin imzatoplama kampaniyası sabah bazlayacaq

img

25-09-2010 [12:05]


Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd deputatlığa namizəd olmaq üçün sənədlərini 120 Saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinə təqdim edib. Bu barədə namizədin səlahiyyətli nümaynədəsi Murad Teymurov məlumat verib. M.Teymurov bildirib ki, artıq lazım olan bütün sənədlər DSK-ya təqdim olunub və imza vərəqələri götürülüb. Namizədin səlahiyyətli nümayəndəsi onu da bildirib ki, Z.Əhmədin bu dairədən namizəd olması ilə bağlı niyyət sakinlər tərəfindən müsbət qarşılanıb: ?Hesab edirəm ki, Zaur Əhmədin deputatlağı namizədliyinin qeydiyyata alınması üçün lazım olan imzanı qısa zamanda toplayıb DSK-ya təqdim edəcəyik. Yəqin ki, sabahdan imzaların toplanmasına başlanılacaq?. Qeyd edək ki, Zaur Əhmədin namizədliyi ?İnsan Naminə? seçki bloku tərəfindən irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA