Mirşahin yeni TV-sinə hansı jurnalistləri cəlb edib? - ANS-in köhnə komandası toplanır + SİYAHI

img

06-03-2018 [12:35]


"Tezliklə Real TV-nin efirində ANS-çilərdən mən, Ləman Ələşrəfqızı, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Ayşəm Rüstəmova, Vüsalə Xammədqızı, Xatirə Məmmədova, Natiq Nailoğlu, Orxan Məmmədli, Ziya Babayev, Mehman Rəsulovu görəcəksiniz".

Bu sözləri Kult.az-a keçmiş ANS TV-nin aparıcısı, tanınmış telejurnalist Afət Telmanqızı Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV ilə bağlı açıqlama verərkən deyib.

A.Telmanqızı bildirib ki, tezliklə operativ xəbər və araşdırma mövzuları ilə tamaşaçıların qarşısında olacaqlar: "Tanınan simaları yenidən görüb eşidəcəksiniz. Mirşahin Ağayevin rəhbərliyi ilə peşəkarlardan ibarət komanda xəbər xidməti ilə görüşünüzə gələcək”.

Digər kanallarda çalışan keçmiş ANS-çilərin Real TV-də çalışıb-çalışmayacağı isə məlum deyil. A.Telmanqızı bildirib ki, bu barədə məlumatlı deyil: "Mən yalnız komandada olanlarla bağlı deyə bilərəm”.

Qeyd edək ki, Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.

Televiziyanın 5 mərtəbəli ofisi Əhməd Rəcəbli küçəsində yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA