Məzahir Pənahov Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri ilə görüzüb

img

24-09-2010 [01:40]


Sentyabrın 24-də Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qonaqları salamlayan sədr bildirib ki, Mərkəzi Seçki Komissiyası hər zaman beynəlxalq qurumlarla münasibətlərə ciddi önəm verir və Avropa Şurası, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıqdan məmnunluq duyur. AŞ Venesiya Komissiyası ilə Mərkəzi Seçki Komissiyasının faydalı əməkdaşlığı 2003-cü ildən başlanıb və birgə fəaliyyət ölkəmizdə demokratiyanın inkişafına əhəmiyyətli töhfələr verib. AŞ-ın Venesiya Komissiyası ilə MSK-nın uzun müddətdən bəri sıx əməkdaşlığının mövcud olduğunu vurğulayan Venesiya Komissiyası katibi Azərbaycanın iqtisadi sahədə ciddi tərəqqi əldə etdiyini nəzərə çatdırmış və qeyd etmişdir ki, bu resurslardan həmçinin demokratiyanın inkişafı üçün də geniş istifadə olunmasından çox məmnundur. Qonaqlar seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işlərlə maraqlanmışlar. MSK-nın sədri seçici siyahılarının dəqiqləşdirilməsindən danışaraq bu prosesin yanvar yaından başlandığını və hazırda da davam etdirildiyi söyləmişdir. O, rəhbərlik etdiyi qurumun həyata keçridiyi maarifləndirmə proqramı barədə ətraflı məlumat verərək bu proqram çərçivəsində Avropa Şurası Venesiya Komissiyası ilə birgə hayata keçirilmiş tədbirlərdən də söz açmış və oktyabr ayında da aşağı seçki komissiyaları üçün trenerlərin hazırlanması ilə bağlı birgə treninqlərin təşkil ediləcəyini bildirmişdir. MSK-nın sədri hazırki seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə də qonaqlara məlumat verib. Qonaqlar MSK-nın Azərbaycanda seçkilərin təşkili və keçirilməsi sahəsində, habelə seçici siyahılarının dəqiqləşdirilməsi işində böyük uğurlar əldə etdiyini vurğulamış, seçkilərə hazırlıqla bağlı görülən işlərdən razılıqlarını bildiriblər. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurasının Venesiya Komissiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA