icra bazçısının qardazının deputatlığa namizdliyi qeydə alındı

img

24-09-2010 [11:06]


Sumqayt Şəhər Dövlət Sosial Müdafiə Fondunun müdiri Nazim Fərəcovun deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə MSK-nın Seçkilər İnformasiya Mərkəzindən məlumat verilib. N.Fərəcovun 121 Saylı Laçin Seçki Dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülüb. Qeyd edək ki, N.Fərəcov Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşıdır. Seçkilər İnformasiya Mərkəzinin saytında diqqət çəkən məqamlar var. Belə ki, cədvəldə N.Fərəcovun sentyabrın 21-də imza vərəqələri götürdüyü, 21-də təhvil verdiyi, 23-də isə namizədliyi qeydə alındığı göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA