Komitə sədri Kərəm Həsənov hakimiyyətdəki qruplazmaların seçki planına qarzı çıxır

img

23-09-2010 [03:46]


Seçki günü yaxınlaşdıqca hakimiyyətdəki qruplaşmalar arasındakı çəkişmələr kəskinləşir. Hakimiyyətdəki bəzi yüksək vəzifə mənsubları parlamentdə də söz sahibi olmaq üçün tərəfdarlarının mandat qazanmasına daha ciddi cəhdlə çalışırlar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da seçki mübarizəsinə qoşulub. Hakimiyyətdəki mənbələrdən aldığımız məlumata görə, komitə sədri bu seçkilərdə ən azı 3-4 deputat mandatı qazanmağa çalışır: ?Artıq bu barədə bəzi qəzetlər də yazıb. Belə ki, Kərəm Həsənov öz işçisi olan İmanov Həsən Akif oğlunun namizədliyini 24 saylı Nizami birinci Seçki Dairəsindən irəli sürən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə alternativ göndərib. Nəzərə alsaq ki, Rövnəq Abdullayev YAP-ın rəsmi namizədidir, onda K.Həsənovun YAP-a və hakimiyyətdəki ciddi qruplaşmalara qarşı cəbhə açdığını deməyə tutarlı əsaslar var?. K.Həsənovun seçki ilə bağlı digər planlarının olduğu da bildirilir. Məlumata görə, komitə sədri 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd seçki dairələrindən də öz tərəfdarlarını deputat seçdirməyə çalışır: ?67 saylı Cəlilabad şəhər dairəsindən komitə sədinin qardaşı qardaşı Malik Həsənovun namizədliyi irəıi sürülüb. Məndə olan məlumata görə, Kərəm Həsənov əlində olan maliyyə və digər imkanlarından istifadə edərək, bu dairələrdən namizədlər irəli sürüb, onları deputat seçdirmək fikrində qətidir. Hətta onun bununla bağlı hakimiyyətin seçki məsələlərində qərar verən şəxsləri ilə danışıqlar apardığı da bildirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA