ATV ilə ARB TV arasında reklam bazarlığı - Yeni təyinata reaksiya

img

27-02-2018 [15:59]


Mediada ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovun Azad Azərbaycan Teleradio və Yayım Şirkətinə reklam direktoru təyin olunması ilə bağlı yayılan xəbərə hər iki kanaldan rəsmi açıqlama verilib.

Teleqraf.com xəbər verir ki, verilən açıqlamada iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlindiyi bildirilib:

"Reklam fəaliyyətinin effektivliyini artırmaq məqsədilə, ATV və ARB telekanallarının rəhbərliyi 2018-ci il fevralın 27-dən etibarən iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlib. Reklam şirkətləri və bu telekanallar arasında bundan öncə mövcud olan qarşılıqlı öhdəliklər qüvvədə qalır. Razılığın detalları Azərbaycan reklam bazarının bütün iştirakçılarına təqdim olunub və bu barədə məlumatlar ictimai əhəmiyyət kəsb etmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq