Əli insanov tərəfdarlarına seçki ilə bağlı gizli tapzırıq verib

img

22-09-2010 [04:03]


Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində iştirak edəcək namizədlər siyahısını açıqlamaqla bir sıra problemlərin əsasını qoyub. Xüsusiylə də hakimiyyət daxilindəki qruplaşmaların mandat savaşı vəziyyəti daha da kritikləşdirib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən və adının çəkilməsini istəməyən hakimiyyət mənsublarından biri deyib ki, hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov da parlament seçkilərində tərəfdarlarına aktiv olmaq üçün gizli mesajlar verib. Belə ki, əslən Qərbi Azərbaycandan olan bəzi nüfuzlu YAP-çıların siyahıdan kənarda saxlanması bu regiondan olan söz sahiblərinin narazılığı ilə qarşılanıb: ?Yəni, bu regiondan olanların yavaş-yavaş sıradan çıxarılması Qərbi azərbaycanlıları narahat etməyə başlayıb. Belə bir vəziyyətdən yararlanmaq istəyən Əli İnsanov tərəfdarlarına aktiv olmaq tapşırığı verib. Düzdür, indi onun hakimiyyətə hansısa təzyiq etmək imkanları elə də çox deyil, amma Qərbi Azərbaycan kartından istifadə edərək seçki prosesində müəyyən problemlər yarada bilər?. Xatırlayırsınızsa, Əli İnsanov həbsdəki digər nazir həmkarı Fərhad Əliyevdən fərqli olaraq, məhkəmədə də kəskin açıqlamalar vermişdi: ?Yəni, o, bu gün itirəcəyi bir şey olmadığını düşündüyündən mümkün qədər güc nümayiş etdirmək istəyir. Parlament seçkiləri kimi həssas bir dönəmdə aktivləşmək isə keçmiş səhiyyə naziri üçün ən uğurlu variantdır?. Bizi bilgiləndirən şəxs onu da dedi ki, hakim partiyanın qurucularından olmuş Əli İnsanova yaxın adamlar YAP-ın siyahısında olmasalar da, hakimiyyətdəki bəzi söz sahibləri ilə gizli anlaşma nəticəsində seçkidə şanslı namizədlərdən ola bilərlər. Bu səbəbdən də budəfəki seçkinin çox maraqlı keçəcəyini düşünmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA