"insan Naminə? seçki bloku vahid seçki fondunu yaradıb

img

22-09-2010 [01:54]


Azərbaycan Liberal (ALP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının, eyni zamanda Azərbaycan Yaşıllar Partiyası (AYP) ilə Ziyalılar Birliyinin təmsil olunduğu ?İnsan Naminə? siyasi partiyalar bloku 7 noyabr 2010-cu il tarixinə təyin olunmuş Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini planlaşdırılmış qaydada davam etdirir. Blokdan MİA-ya verilən məlumata görə, artıq bu günə qədər blokun 80-ə qədər nümayəndəsi deputatlığa namizədlikəlrinin irəli sürülməsinə dair sənədləri müvafiq seçki dairələrinə təqdim ediblər. Deputatlığa namizədliyi ?İnsan Naminə? seçki bloku tərəfindən irəli sürülmüş həmin namizədlərin siyahısı və onlar haqqında məlumat Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib. Seçki qanunvericiliyini tələblərinə uyğun olaraq, 60-dan çox seçki dairəsindən namizəd irəli sürmüş ?İnsan Naminə? seçki bloku vahid seçki fondunun formalaşdırılması məqsədilə artıq xüsusi seçki hesabı açıb və bununla əlaqədar sənədlər seçki komissiyalarına çatdırılıb. Məlumat üçün bildiririk ki, ?İnsan Naminə? seçki blokunun təsisçiləri olan VİP sədri Əli Əliyev (17 saylı Yasamal üçüncü) və ALP sədri Əvəz Temirxanın (23 saylı Nəsimi-Səbail) səlahiyyətli nümayəndələri bu gün seçki dairələrindən imza vərəqələrini götürüblər və qeyd olunan deputalığa namizədlər üçün imzatoplama kampaniyasına başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA