Əli Əhmədov: ?Siyahıdan kənar YAP-çılar namizədliyini geri götürəcək?

img

21-09-2010 [12:19]


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov partiyanın sihasından kənar namizədliklərini irəli sürən YAP-çılarla bağlı münasibətini açıqlayıb. MİA-nın xəbərinə görə, YAP-ın icra katibi partiyanın rəsmi saytına müsahibəsində deyib ki, siyahıdan kənar şəxslər namizədliklərini geri götürməlidirlər: ?Doğurdan da məsələ ilə bağlı müşahidə olunan bir neçə fakt var. 500 mindən çox üzvü olan partiya üçün 125 dairə üzrə cəmisi bir neçə faktın olması hesab edirəm ki, partiyanın daxilində nizam-intizamı, monolitliyi çox əyani şəkildə ifadə edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP üzvlərinin mütləq əksəriyyəti partiyanın vahid seçki strategiyasını və taktikasını qətiyyətlə bəyənir və onun həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərirlər. O ki, qaldı qeyd olunan faktlara, güman edirəm ki, bunlarla əlaqədar yerli strukturlarda müvafiq işlər aparılacaq. Əlbəttə, cəmi bir neçə fakt YAP kimi böyük bir partiyanın seçki kampaniyasının uğurla həyata keçirilməsinin üzərinə hər hansı bir kölgə salmaq imkanına malik deyil. Bizim opponentlərimizin də bu faktlardan yapışaraq YAP-a qarşı təbliğat aparmaları da tamamilə iflasa məhkumdur. Çünki bir neçə fakt əsasında yarım milyondan yuxarı insanın birləşdiyi YAP-ın daxili birliyinə kölgə sala biləcək hər hansı inandırıcı fikir irəli sürmək mümkün deyil. İnanıram ki, həmin bir neçə nəfər də partiyanın vahid seçki kampaniyasının uğurla həyata keçirilməsi naminə öz namizədliyini geri götürəcək. Amma bütövlükdə mən bu qətiyyətimi ifadə etmək istəyirəm ki, YAP-ın daxili birliyi, nizam-intizamı, monolitliyi, partiyanın hər bir üzvünün partiyanın seçkilərdə uğur qazanması naminə hər cür fədakarlığa hazır olmaları özünü bir daha əyani şəkildə göstərə biləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA