MSK sədri Məzahir Pənahov istefa vermək məcburiyyətində qala bilər (yenilənib)

img

21-09-2010 [11:45]


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı Tariyel Pənahov parlament seçkilərində iştirak etmək üçün sənədlərini 45 saylı Abşeron Seçki Dairəsinə təqdim edib. Tariyel Pənahovun deputatlığa namizədiliyi Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) tərəfindən irəli sürüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DADP sədri Məmməd Əlizadə məlumat verib. Xatırladaq ki, Məzahir Pənahov Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq MSK-ya üzv seçilib. Onun qardaşının DADP-ın namizədi olaraq DSK tərəfindən qeydə alınması isə yeni suallar yaradacaqdır. Mövcud qanunvericiliyə görə belə olan halda ya Məzahir Pənahov MSK üzvülüyündən kənarlaşmalıdır, ya da qardaşı namizədlikdən imtina etməlidir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev MİA-ya açıqlamasında bildirib ki, o, T.Pənahovla əlaq saxlayıb: ?Tariyel müəllimin özü bunu təəccüblə qarşıladı və bildirdi ki, namizədliyinin irəli sürülməsi ilə bağlı xəbərsizdir. Bundan əlavə, məsələ DSK tərəfindən də araşdırılacaq?. M.Əlizadə ilə sonuncu dəfə əlaqə saxladıqda isə o, T.Pənvovun DADP-dən namizəd olmasını təkzib etdi: ?Tariyel müəllimin namizədlik məsələsini elə belə ortaya atmışıq. Amma rəsmən onun namizədliyini irəli sürməmişik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA