MSK sədri Məzahir Pənahovun qardazı parlament seçkisinə qatılıb?

img

20-09-2010 [06:55]


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı Tariyel Pənahov parlament seçkilərində iştirak etmək üçün sənədlərini 45 saylı Abşeron Seçki Dairəsinə təqdim edib. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Tariyel Pənahovun deputatlığa namizədiliyi Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) tərəfindən irəli sürüb. DADP-ın namizədi olan Tariyel Pənahovun bu həftə ərzində imza vərəqələrini gotürəcəyi bildirilir. Hələlik isə Tariyel Pənahov imza vərəqələrini götürmədiyi üçün "SEÇKILƏR" İnformasiya Mərkəzinin rəsmi saytında onun namizədliyi barədə hər hansı məlumat verilməyib. Xatırladaq ki, Məzahir Pənahov Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq MSK-ya üzv seçilib. Onun qardaşının DADP-ın namizədi olaraq DSK tərəfindən qeydə alınması isə yeni suallar yaradacaqdır. Mövcud qanunvericiliyə görə belə olan halda ya Məzahir Pənahov MSK üzvülüyündən kənarlaşmalıdır, ya da qardaşı namizədlikdən imtina etməlidir. Bu məlumat bizə daxil olarkən iş vaxtı başa çatdığından məsələ ilə bağlı ətraflı dəqiqləşdirmələr də apara bilmədik. Sabah bu mövzunu ətraflı araşdıraraq tərəflərin və hüquqşünasların mövqeyini öyrənəcəyik. İstisna etmirik ki, 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülən Tariyel Pənahovun adı, soyadı və atasını adı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı Tariyel Pənahovla eyni olsa da başqa şəxs olsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA