Şahin Ağabəyli Əhliman Əmiraslanovla üz-üzə gələcək

img

18-09-2010 [03:52]


65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd ?Milli Yol? qəzetinin və PİA.az saytının baş redaktoru Şahin Ağabəyli olacaq. Bununla bağlı MİA-ya açıqlama verən Ş.Ağabəyli bildirib ki, artıq seçki qərargahı yaradıb və həftənin birinci günü imza vərəqələrini götürəcək. Onun sözlərinə görə, artıq nümayəndəsi bölgədədir və ilkin texniki işlər görülür: "Çox maraqlıdır ki, bu addımı atandan dərhal sonra mənə qarşı təzyiq xarakterli addımlar atılıb". Şahin Ağabəylinin sözlərinə görə, artıq ona bir nəçə dəfə zəng olunub və bildirilib ki, bu dairədən akademik Əhliman Əmiraslanov millət vəkili seçiləcək. Buna görə də məsləhət görülüb ki, namizədliyini verməsin. Şahin Ağabəyli isə bildirib ki, sona qədər savaşını aparacaq və seçki saxtakarlığının baş verməsinə imkan yaratmayacaq. Onun sözlərinə görə, artıq məktublar hazırlayıb və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələrini bu dairəyə yönəltməyə müvəffəq olacaq. Əhliman Əmiraslanova gəldikdə isə baş redaktor bildirir ki, ziyalı kimi ona uğurlar arzulayır. Amma sadə insanlara məmurların yox, sadə jurnalistlərin millət vəkilinin lazım olduğunu bildirir. Şahin Ağabəyli bildirib ki, artıq Türkiyəyə müraciət edib və seçki texnologiyasını bilən iki türk ekspertinin həftənin üçüncü günü Bakıya gələcək. Həmin şəxslər baş redaktorun seçki təbliğatının formasını müəyyənləşdirəcək. Qeyd edək ki, Şahin Ağabəyli Türkiyənin nüfuzlu hərbi akademiyasında təhsil alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA