Emin Ağalarov 100,5 FM tezliyində "Jara FM" adlı radio açır - Moskvada

img

08-02-2018 [10:47]


 Müğənni və biznesmen Emin Ağalarov Moskvada 100,5 FM tezliyində "Jara FM" adlı radio açır.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, Ağalarov radiostansiyanı senator Vitali Boqdanovdan satın alıb.

Əvvəl bu tezlikdə "Best FM" radiosu fəaliyyət göstərib. E.Ağalarov bildirib ki, onun "Jara" adlı telekanalı, festivalı var, indi isə radio alıb.

Müğənni həmçinin bildirib ki, "Jara FM" 12-35 yaşlı dinləyicilər üçün nəzərdə tutulub. "Stansiyanı almazdan əvvəl hər şeyi öyrəndim. Son 15 ildə nə satılır və alınıb.

O qeyd edib ki, "Jara FM"də Rusiya və əcnəbi mahnıları bərabər ölçüdə eşitmək mümkün olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA