ADP türkdilli ölkələrin istanbul zirvə görüzü ilə əlaqədar bəyanat yayıb

img

17-09-2010 [11:34]


Azərbaycan Demokrat Partiyası (ADP) türkdilli ölkələrin İstanbul zirvə görüşü ilə əlaqədar bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda bəyanatda deyilir: ?ADP türkdilli ölkələrin dövlət başçılarının İstanbul görüşünü ölkəmiz üçün son zamanların ən əhəmiyyətli siyasi hadisəsi kimi qiymətləndirib. ADP sammitə əksər türk dövlətlərinin dövlət başçıları səviyyəsində qatılmasını, toplantının türk dilində aparılmasını, sammit zamanı qəbul edilən qərarlar və verilən bəyanatları təqdir edib və bu görüşü türkdilli dövlətlərin həqiqi ittifaqının yaradılması istiqamətində mühüm mərhələ hesab etdiyini bildirib. ADP sammit çərçivəsində Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq şurasının yaradılmasını alqışlayıb və iki ölkə arasında vizasız gediş-gəliş və hərbi sahədə əməkdaşlıq məsələsinin də tezliklə həyata keçirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA