Jurnalistlər arasında əlbəyaxa dava - Canlı yayımda + Video

img

31-01-2018 [13:13]


Jurnalistlər Maksim Şevçenko və Nikolay Svanidzenin "Komsomolskaya Pravda” radiosunun canlı efirindəki mübahisəsi davaya çevirilib.

AzNews.az xəbər verir ki, hadisə "Komsomolskaya Pravda" radiosunun canlı yayımında baş verib. Tərəflər arasında Stalinin İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı mübahisə daha sonra əlbəyaxa davaya dönüb. Xüsusilə, Svanidze Stalini ölkəni "fəlakətli bir dövlətə" gətirməkdə günahlandırıb. Şevçenko isə onu faişistlərlə əməkdaşlığa getmiş vlasovçuları dəstəkləməkdə itiham edərək bununla da onun döyüşlərdə həlak olan sovet əsgərlərinin məzarlarına tüpürdüyünü bildirib. Nəticədə Svanidze qarşısındakı Şevçenkoya yaxınlaşıb və onu vurub. Cavab olaraq Şevçenko da onu yumruqlayıb. Onları radio stansiyasının işçiləri ayırmaq məcburiyyətində qalıb, efir dayandırılıb.

Daha sonra Nikolay Svanidze həmkarını bir daha döyməyəcəyi barədə söz verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq