ADP-dən ABŞ administrasiyasına həqarət və provokasiya ittihamı

img

16-09-2010 [02:12]


Azərbaycan Demokrat Partiyası (ADP) ABŞ vətəndaşı olan keşişin müqəddəs Quranı yandırmasını qətiyyətlə pisləyib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda bu hadisə bütün səmavi kitablara və dinlərə qarşı həqarət və provokasiya kimi qiymətləndirib. ADP hesab edir ki, aksiyasının baş tutmasında bu ölkənin administrasiyası da günahkardır və bu aksiyanın baş tutmaması üçün lazım olan bütün tədbirləri həyata keçirməyib. ADP son vaxtlar Avropa və ABŞ-da islamdan qorxunun artması hallarından, islam dininin terrorla eyniləşdirilməsi haqqında təbliğat aparılmasından və dinlərarası münaqişənin dərinləşdirilməsi istiqamətindəki cəhdlərin çoxalmasından narahatlığını bildirib. Partiya bütün müsəlmanları islama qarşı həyata keçirilən bu cür provokasiyalara səbrli yanaşmağa və dinlərarası münasibətlərə xələl gətirəcək addımlar atmamağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA