30-01-2018 [13:06]
Müğənni Xatirə İslam boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mia.az xəbər verir ki, "qafqazinfo”ya açıqlamasında Xatirə həyat yoldaşı Fəxrəddin Musayevlə ayrılmasını təkzib edib:
"Boşansam, birinci qeydiyyatda olduğum rayonun məhkəməsi bilər. Bu da avtomatik olaraq rəsmi şəkildə mediada yayılar.Kim arzu edər ki, onun ailəsi dağılsın? Boşanma xəbərində dekabr ayında verdiyim açıqlamaya istinad ediblər. Demişəm ki, "Bir neçə arzum reallaşdı. Nə olduğunu açıqlamayacam. Mənə və ailəmə aid idi. Arzularımın reallaşması məni sevindirdi”. Bu mövzudan danışarkən başqa şey nəzərdə tutmuşdum. Ailəmin dağılmasını necə arzu edə bilərəm?
Nə qədər pis adam ola bilərəm ki, bu fikirdə olub belə açıqlama verim?Əgər tamaşaçı bu açıqlamanı pis tərəfə yozursa, çox təəssüf edirəm. Tamaşaçı yazıq nə etsin? Media belə yazır. İkinci tərəfdən boşansam çıxıb efirdə də deyərəm. Burda nə var ki, bir daha deyirəm ayrılmamışam, ərim evdədir".
Xatirə son zamanlar instaqramda həyat yoldaşı ilə şəkillərinin paylaşmamasına da aydınlıq gətirib:
"Bir müddətdir ftolar paylaşmıram, ona görə xəbər yazıblar ki, ərimlə boşanmışam? Bu nə düşüncədir? Deməli, camaat belə düşünməsin deyə hər gün həyat yoldaşımla şəkil paylaşmalıyam? Təsəvvür edin ki, yazırlar ki, axırıncı şəkli noyabr ayında qoyub və belə nəticə çıxır ki, ayrılıblar. İndi mən nə edim, hər ay onlara hesabat verməliyəm? Mən heç kəsə hesabat vermirəm.
Verilişdə də demişdim ki, ailə ilə bağlı yox, mənimlə bağlı sual verin. Bunun da səbəbi var. Çünki bir müddət əvvəl qardaşımla bağlı açıqlamam müzakirələrə səbəb olmuşdu. Buna görə müxbirə iradımı bildirdim ki, özümlə bağlı danışaq”.
Sənətçi ötən gün keçirilən ad günü məclisində həyat yoldaşının olmamasının səbəbini də deyib:
"Ötən gün ad günü keçirməmişəm. Dostlarım mənə sürpriz edib, saat 6-ya kimi xəbərim yox idi. Zəng etdilər ki, yer ayırmışıq, sənə ad günü edirik. Paltarım belə yox idi, tələsik hazırlaşıb ora getdim”.
Qeyd edək ki, boşanmaq barədə xəbəri ilk dəfə minval.info yayıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb