AXCP-Müsavat blokunun liderləri türk əsgərlərinin xatirəsinə ucaldılmız abidəni ziyarət ediblər

img

15-09-2010 [03:51]


Bu gün AXCP-Müsavat blokunun liderləri və bir qrup fəalları Bakıda, Şəhidlər Xiyabanında Bakının daşnak-bolşevik işğalından azad olunması zamanı şəhid olmuş Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Blokun liderləri Əli Kərimli və İsa Qəmbər abidənin önünə əklil qoyub, bu tarixi gün barədə fikirlərini bölüşüblər. Liderlər 92 il əvvəl Bakının işgaldan azad edilməsinin nə dərəcədə əlamətdar və Azərbaycan tarixi üçün önəmli hadisə olduğunu anladıblar. Qeyd ediblər ki, bu, Azərbaycanın gerçək Qurtuluş Günüdür. Onlar belə bir mühüm günə indiki Azərbaycan iqtidarının biganə münasibət bəslədiyini diqqətə çatdıraraq, bunu qınayıblar. Liderlər vurğulayıblar ki, Bakının işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların xatirəsinə ucaldılan bu abidə həm də Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir. Ziyarətə gələnlər daha sonra 1990-cı ilin 20 yanvar gecəsində və Qarabağ döyüşlərində şəhid olan Azərbaycan şəhidlərinin məzarlarını ziyarət edib, onların üzərinə gül dəstələri düzüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA