Türkiyə radiosu cəzalandırıldı - Azərbaycan Prezidenti və birinci xanıma qarşı təhqiramiz ifadələrə görə

img

25-01-2018 [23:05]


Türkiyənin "Show Radio”sunun efirində yayımlanan "Matrax" proqramında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya qarşı təhqiramiz ifadələrə yol verildiyinə görə Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) adıçəkilən yayım şirkəti cərimələyərək, proqram yayımının 5 dəfə dayandırılması barədə qərar verib.

"Anadolu” agentliyinin verdiyi xəbərə görə, Azərbaycan prezidenti və xanımına qarşı təhqirlər Zəki Kayahan Coşkunun aparıcı olduğu "Matrax" proqramının 16 yanvar tarixində Türkiyə vaxtı ilə 22:00-01:00-də yayımında səsləndirilib.

Cərimənin məbləği isə şirkətin kommersiya gəlirlərinin 5 faizi miqdarında müəyyən edilib.

Qərara əsasən, eyni nöqsan 1 il ərzində təkrarlanarsa, proqramın yayımı 10 dəfə dayandırılacaq. Oxşar vəziyyət bundan sonra da təkrarlanarsa, proqramın ləğv ediləcəyi bildirilir.

Qeyd edək ki, bu, RTÜK-ün tətbiq etdiyi ən ağır cəza hesab olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR
00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq