24-01-2018 [16:55]
Elməddin BEHBUD
***
Qardaş Türkiyə Cümhuriyyəti hazırda Suriyada vətəndaş müharibəsi başlayar-başlamaz demək olar ki, bütün regional və qlobal geosiyasi aktorların onun əlehinə istifadə etdikləri "kür kartı"na "Fırat qalxanı" əməliyyatından sonra növbəti və daha mühüm zərbəni vurmaqdadır.
Türk ordusunun bu əməliyyatı uğurla başa vuraraq güney sərhədlərinin etibarlı mühafizəsinin təmin etməklə ölkəsinin təhlükəsizliyini gücləndirməsi təbii haqqıdır. "Zeytun budağı" adlı verilən Afrindəki antiterror əməliyyatını bütün tərəfləri ilə geniş analiz etmək, onu zəruri edən şərtləri ətraflı təhlil etmək mümkündür. Ancaq mənim məqsədim bu deyil.
Bu gün Türkiyə mediasında (http://www.turkiyegazetesi.com.tr/gundem/538278.aspx) məlum əməliyyata yola düşən xüsusi təyinatlı hərbiçilərdən birinin üç cümləlik açıqlaması yayıldı. Sadəcə 3 qısa cümlə... Ancaq köksümü qabardan, oxuyandan sonra "bunu yalnız bir türk əsgəri belə dəqiq və məğrurluqla deyə bilərdi" qənaətini qüvvətləndirən 3 verbal mesaj!
Dostlar, bu 3 cümləlik cavab nəinki bir zabitin zirehli texnikanın üzərində, hazırlıqsız şəkildə ona verilən sualı cavablandırarkən bildirəcəyi ən qüvvətli fikirdir, mübaliğəsiz şəkildə deyə bilərəm ki, dünyanın güclü siyasi xadimlərinin, ən peşəkar PR menecerlərinin xüsusi həssaslıqla ölçülüb biçilmiş çox korrekt və hədəfi dəqiq nişan alan və situasiyanı mükəmməl izah edən nitqinə bərabərdir.
Beləliklə, mehmetçik jurnalistin 3 sualını cavablandırıb:
I) "İstiqamət haradır?" Cavab: Qızıl alma!
Türk mifalogiyasında "qızıl alma" türk milləti, xüsusi ilə də Oğuz Türkləri üçün ona doğru getdikcə uzaqlaşan və səni daha böyük hədəflərə çatmağa çağıran, cazibəsi heç zaman əskilməyən qutsal ideyanı simvolizə edən bir ifadədir. Daha konkret ifadə eləsək dünya dediyimiz bu planetdə yaşayan türkləri vahid çatı altında birləşdirərək böyük bir imperatorluk qurmağı hədəfləyən, Turan sözünə sinonim sayılan bir simgədir. Zabit bu lakonik cavabı ilə bəlkə də xüsusi məqsəd güdmədən böyük və şanlı tarixə malik millətin mənsubu olduğunu bir daha dünyaya bəyan etdi və Türkiyənin əməliyyatın rəsmi elan edilən coğrafi hüdudlarından daha uzaq məsafəli hədəflərinin olduğunu bildirdi. Düşmənlərə başlanğıcdaca necə deyərlər "göz dağı" verdi!
II) "Ailənə sözün nədir"? Cavab: Gözləməsinlər!
Türk ordusunun müzəffərliyi, rəşadəti, vətəni, milli maraqları şərtsiz və ən çətin şərtlər altında mətinlik və əlahiddə qəhrəmanlıqla müdafiə etdiyinə dair tarixdə onlarla nümunə var. Göytürk şahzadəsi, Şərqi Göytürk xaqanı Şibi xaqanın oğlu Kürşad 639-cu ildə 39 silahdaşı ilə Çin imperatorunun sarayına daxil olub yüzlərlə düşmən əsgərini məhv edərək misilsiz qəhrəmanlıq göstərir. Bu hadisə bütün Çini titrədir və Göytürklər yenidən müstəqilliklərinə qovuşurlar. Belə misalların sayını xeyli artırmaq mümkündür. Müasiri olduğumuz Mübariz İbrahimovun qəhrəmanlığı da belə nümunələrdəndir. İndi isə Anadolu torpaqlarındakı bir mehmetcik adlıq cümləlik cavabıyla dillərdə əzbər olan Kürşadın şücaətindən 1500 il sonra ölümə, savaşa meydan oxuyaraq qarşılarına qoyulan məqsədə çatmaq üçün geriyə baxmadan son nəfəsinədək mücadiləyə başladıqlarını vurğulamış olur.
III) "Türkiyəyə bir mesaj göndərin". Cavab: Bu vətəni kimsə bölə bilməz!!!
Heç kimə sirr deyil ki, 1923-cü ildə Osmanlının külləri üzərində dünyaya yenidən meydan oxuyan, sələfindən daha müstəqil, dünyəvi, çağdaş tələblərlə ayaqlaşan və yalnız Anadolu insanının deyil, bütövlükdə bütün Türk-İslam coğrafiyasının avanqard qüvvəsinə çevrilən bir dövlətin - Türkiyənin qurulması o zamanın şərtləri ilə bir möcüzə idi. Bəli, möcüzə.
İngilis sərkərdəsi Vinston Çörçilin dediyi "Çanaqqalada zəfər qazanmaq üçün əsgər, maliyyə, hərbi təhçizatı və digər zəruri olan hər şeyi nəzərə almışdıq, biz çox üstünüydük. Mütləq qalib gələcəkdik. Yalnız bir məsələni hesabata qatmamışdıq...Mustafa Kamalı" fikri bunun ən bariz sübutlarından biridir.
O tarixdən ötən 95 il ərzində Türkiyə tarixi nəhəng gesosiyasi güclərin ən cazibədar maraq mərkəzi, kəskin siyasi, iqtisadi və hərbi mübarizə poliqonlarından biri kimi çoxsaylı sınaqlardan keçib.
2011-ci ildən üzü bəri Türkiyə yenidən hərəsi azından bir onilliyə yetəcək qədər olan, ssenari və rejissor işinə xarici antitürk dairələrinin müəlliflik etdiyi nəhəng siyasi çalxalanmalarla müşahidə olunan hadisələrə şahidlik edir. Atılan bütün addımlar xüsusi dəqiqliklə ölçülüb-biçilməsə də və xətalardan (erməni açılımı, "demokratik açılım", Suriya böhranına münasibət və s.) yan keçməsə də Türkiyə dövləti irili, kiçikli bütün təxribatların öhdəsindən böyük mətinliklə gəlib.
Bu bir tərəfdən Türkiyə dövlətini idarə edən siyasi hakimiyyətin qətiyyəti, dünyanı idarə edən xarici düşmənlərin qarşısında dik duruşu, onların diktəsinə boyun əyməməsi, çoxsaylı daxili xəyanətkarlara (bir dövlətin parlamentində onu keçmişdə və hazırda soyqırım törətməkdə suçlayan, böhtançı mövqe tutan, minlərlə mülki vətəndaşın və dövlət rəsmilərinin öldürülməsinə, terrora haqq qazandıran bir fraksiyanın olmasının nə demək olduğunu güman edirəm dərk etməyən yoxdur) qarşı göz qırpmaması sayəsində, digər yandan alt qruplardakı etnik mənsubiyyətindən asılı olmayaraq yüksək dərəcədə milli şüura, həssaslığa və identikliyə sahib olan Türk millətinin vətən mövzusu ətrafında vahid güc kimi birləşməsi nəticəsində mümkün oldu.
1984-cü ildə Eruhda başlanan terror hadisəsiylə yarandığını bəyan edən KFP-yə (PKK) verilən böyük ölçüdə siyasi, ideoloji, maliyyə dəstəyinin fonunda 33,5 il sonra nəinki Türkiyənin ərazi bütövlüyünü bölmək, parçalamaq mümkün olmadı, onlara çirkin hədəflərinə çatmağa imkan verilmədi, əksinə müxtəlif istiqamətlər üzrə atılan addımlar bu terror təşkilatına rəğbət bəsləyənlərin azalmasına gətirib çıxardı. Bu konteksdən baxanda Türkiyə prezidenti R. T. Ərdoğanın illərdən bəri müxtəlif yerli və beynəlxalq auditoriyalarda açıq mətnlə bəyan etdiyi qardaşlıq, bir millət, bir dövlət, bir bayraq, bir vətən şüarlarına bir daha rəsmi dövlət strukturlarının, o cümlədən Cümhuriyyətin ana qoruyucularından olan, hər fürsətdəcə yıpradılmağa çalışılan ordunun, həmçinin Türkiyə cəmiyyətinin onurğasını təşkil edən bütün sosial, mədəni, siyasi qüvvələrin sahibləndiyini göstərir. Bəli, böyük Mehmet Akif Ərsoyun misralarında ifadə edildiyi kimi "Sahipsiz vətənin batması haqdır, sən sahib çıxarsan bu vətən batmayacaqdır".
Nə qətiyyətlə müstəqil siyasətini qoruyub saxlayan, dövlət maraqlarını birmənalı şəkildə müdafiə edən Azərbaycanı, nə də milli sərhədləri siyasi sərhədlərinə sığmayan, Türk Dünyasının ən qüdrətli ölkəsi olan Türkiyəni bölmək heç bir düşmənə nəsib olmayacaq. Bu gün sərhədlərindən kənarda özünü müdafiə haqqından uğurla və yüksək peşəkarlıqla yararlanan Türkiyəni sabah, bəlkə də sabah açılmadan hər ötən gün gücünə güc qatan qəhrəman Azərbaycan ordusunun Xankəndinə üç rəngli bayrağı sancması ilə nəticələnəcək müzəffər yürüşü izləyəcək. Ona görə bizi yaralaya, incidə, ağrıda, enerjimizi istədikləri istiqamətə yönəldə, diqqətimizi daha böyük hədəflərdən müəyyən zaman kəsiyində yayındıra bilərlər, ancaq heç zaman mehmetçiyimizin də dediyi kimi BU VƏTƏNİ BÖLƏ BİLMƏZLƏR!!! Damarlarımızda daşıdığımız müqəddəs qanın bizə verdiyi ədalət, inam və mübarizə ruhu tükənməyənə qədər...
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb