AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

img

15-09-2010 [11:27]


Oktyabrın 4-də öz işinə başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA ) payız sessiyasının gündəliyi açıqlanıb. Sessiyanın ilk günü qurumun bürosunun və daimi komissiyanın fəaliyyəti müzakirə olunacaq. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski avropalı deputatlar qarşısında rəhbərlik etdiyin təşkilatın yay sessiyasından sonra gördüyü işlərin hesabatı ilə çıxış edəcək, Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, deputatların ona ünvaladığı yazılı və şifahi suallara cavab verəcək. Günün ikinci yarısında AŞPA baş katibinin, Estoniya, Yunanstan və Portuqaliyadan Avropa məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Ukraynada demokratik təsisatların fəaliyyəti və uşaqların təhsil hüququ məsələləri ətrafında müzakirələr aparılacaq. Sonrakı günlər insan hüquqları, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) 2009-2010-cu illərdə fəaliyyəti, Avropa İnkişaf və Yenidənqurma Bankının (AİYB) 2009-cu ildə fəaliyyəti: Avropada iqtisadi inteqrasiyanı asanlaşdırmaq, əlil və xəstə uşaqların təhsil hüququ, sığınacaq istəyənlərin həyat tərzi, Baltik dənizi regionunda sosial-iqtisadi potensialın inkişafı və digər məsələlər müzakirə üçün gündəliyə çıxarılacaq. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov sessiyanın oktyabrın 7-də keçiriləcək yığıncağında səs və işıq çirklənməsi mövzusu ilə çıxış edəcək. Sessiyanın gedişi zamanı Almaniya kanslerinin müavini xarici işlər naziri Guido Vestervellin, Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Marta Santos Paisin, Makedoniyanın Baş naziri Nikola Qruevskinin çıxışları da nəzərdə tutulub. Sessiya oktyabrın 8-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA