Niyaməddin Orduxanlı sənədlərini 45 saylı Abzeron Seçki Dairəsinə təqdim edib

img

14-09-2010 [11:37]


"İslahat" siyasi partiyaların seçki blokunun deputatlığa namizədləri sənədlərini dairə seçki komissiyalarına (DSK) təqdim etməyə başlayıb. Artıq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, "İslahat" seçki blokunun 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədi Niyaməddin Orduxanlı sənədlərini DSK-ya təqdim edib. MIA-ya açıqlamasında BAXCP sədrinin müavini bildirdi ki, DSK sədri Dilşad Abbasova sənədlərlə tanış olaraq onlarda heç bir problemin olmadığını söylədi: "Mənə sənədlərin təhvil alınmasına dair arayış verdilər və qanunvericiliyə uyğun olaraq 5 gün müddətində onlara baxılacağı bildirildi. Yəni ilkin mərhələdə qanunvericiliyə uyğun olaraq lazımi bütün sənədləri DSK-ya təqdim etdim". BAXCP sədrinin müavini dedi ki, 45 saylı Abşeron Seçki Dairəsindən indiyədək 4 dəfə seçkiyə qatılıb: "1999, 2004 və 2009-cu illərdə bələdiyyə seçkilərində Abşeron rayonunun Mehdiabad qəsəbəsindən üç dəfə müxalifətin namizədi kimi qalib gəlmişəm. 2005-ci ildə də BAXCP-nin deputatlığa namizədi olmuşam. Ona görə də bu rayonda böyük seçki təcrübəm var. Eyni zamanda yerli sakinlər arasında kifayət qədər tanınıram. BAXCP sədrinin müavini olmağım, 4 partiyanın vahid namizədi kimi irəli sürülməyim mənə əlavə üstünlüklər verir. 11 ildir bu rayonda seçkili orqanlarda qalib gəlmişəm. Bu dəfə də böyük bir kampaniya aparacam və qalib gələcəyimə də tam əminəm. Rayonda seçici bölgüsü aparılıb, 45 saylı Abşeron Seçki Dairəsinə 6 kənd və qəsəbə daxil edilib. Özümün doğulub boya-başa çatdığım Mehdiabad qəsəbəsində 6 min seçici var və son 2009-cu il bələdiyyə seçkilərində təkcə buradan seçkiye gələnlərin 2 minə yaxın səs toplamışam . Bu da təxminən seçkiyə gələnlərin 80 % dəməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA