Etibar Məmmədov: "Hakimiyyət cəmiyyətin varlanmasından qorxur"

img

14-09-2010 [02:44]


?Bizim cəmiyyət nə demokratiyaya hazırdır, nə də azadlıqlara. İqtisadi azadlıqların verilməsi onların hakimiyyəti üçün problem yarada bilər. Yəni, cəmiyyətin varlanmasından bir qədər qorxurlar. Ancaq mən belə fikirləşirəm ki, çox səhv edirlər. Çünki bir neçə adamın varlanması daha təhlükəlidir, nəinki vətəndaşların varlanması?. Bu gün Azadlıqradiosunun qonağı olan Etibar Məmmədov deyir ki, hazırda bütün mülkiyyət məmurların əlində cəmləşsə də, buna heç bir zaman zəmanət yoxdur: ?Məmur olmayanın nə iqtisadi sferada bir işi var, nə bir gəlir mənbəyi var. Bu gün Azərbaycanda faktiki olaraq məmur kapitalizmi mövcuddur. Bütün mülkiyyət məmurların əlində cəmləşib. Və həmin mülkiyyətin özünə də heç bir qarantiya yoxdur?. AMİP-çi cəmiyyətin passivliyi məsələsinə toxunaraq bildirib ki, ictimaiyyət başqasına ümid etməməlidir: ?Azərbaycan cəmiyyəti başqasından kömək ummamalıdır. Azərbaycan cəmiyyəti özü fəallaşmayana qədər, özü öz milli maraqlarını müəyyən etməyənə qədər ki, bizim milli maraqlarımız nəyi tələb edir və hakimiyyətdən də həmi milli maraqlar çərçivəsində işi tələb etməyənə qədər inkişaf olmayacaq. Yəni başqalarına ümid etmək xülyasından əl çəkmək lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA