19-01-2018 [15:39]
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov televiziyanın daha bir yüksək vəzifəli şəxsini işdən uzaqlaşdırıb.
Mia.az "BakuPost”a istinadən xəbər verir ki, sədr AzTV-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın şirkətdəki fəaliyyətinə son verib.
M.Məmmədova xeyli müddət işə gəlməyib. İşçilərə gah onun məzuniyyətə çıxdığı, gah da başqa işlə əlaqədar şirkətə gəlmədiyi deyilib. Lakin bir neçə gün öncə M. Məmmədovanın TV ilə yollarının ayrıldığı rəsmən elan edilib.
Mehriban Məmmədova AzTV-də 2 ildən çox çalışıb. Bundan əvvəl isə uzun müddət İTV-də müxtəlif vəzifələrdə olub. Onu da bildirək ki, prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verib. O, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olub.
Bələ bir şəxsin qəfil işdən uzaqlaşdırılmasının səbəbinə gəlincə, onun bir müddət əvvəl müavin postundan uzaqlaşdırılan, sədrin "qara siyahısı”na düşən Elsevər Dünyamalıyevlə yaxınlığı göstərilir.

Sayt M.Məmmədovanın özü ilə əlaqə saxlayıb. Sabiq departament rəhbəri bununla bağlı danışmaq istəmədiyini deyib: "Bu informasiya sizə niyə görə maraqlıdır ki? İnformasiyanı sizə kim verib? Mən bu məsələ ilə bağlı açıqlama vermək istəmirəm".
AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımovaaçıqlamasında onun TV ilə yollarını ayırdığını təsqidləyib. Bildirib ki, M. Məmmədova işdən öz ərizəsi ilə ayrılıb: "Bəli, Mehriban xanım işdən çıxıb. Bir müddət əvvəl ərizə yazıb, işdən azad olunmasını xahiş edib. Şirkət də onun xahişini nəzərə alıb”.
"Mehriban xanım işdən azad olunma səbəbi kimi nəyi göstərib” sualına isə X.Qasımova "öz istəyi ilə gedən adamdır, mən niyə getdiyini dəqiq bilmirəm” - deyə cavab verib.
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə vəzifədən çıxarıldı (FOTO)
Azərbaycan neftinin qiyməti 69 dollara endi
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib