Azər Həsrət üçün 34 saylı Xətai II seçki dairəsində imzatoplama bazlayıb

img

14-09-2010 [10:53]


34 saylı Xətai II seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülmüş Azər Həsrət sentyabrın 13-də Dairə Seçki Komissiyasından imza vərəqlərini alıb. Elə həmin gün namizədliyi irəli sürülmüş şəxsin Beynəlxalq Bankın Nizami Filialında (Əhmədli metrosunun yanı) hesabı açılıb. Azər Həsrətin seçki qərargahından verilən məlumata görə, sentyabrda günün 2-ci yarısında DSK-ya dəvət edilən namizədə Seçki Məcəlləsinə uyğun qaydada və müddət ərzində ərizəsinə baxıldığı haqqında bilgi içərən iclas protokolundan çıxarış da təqdim edilib. Qərargahın məlumatında deyilir ki, imza toplama kampaniyasına sentyabrın 14-dən başlamağı nəzərdə tutan Azər Həsrətin komandası ən qısa zamanda bu prosesi başa vuraraq sənədləri DSK-ya təqdim etməyi planlaşdırır. 450 keçərli imza tələb olunduğu halda 500 imza toplamağı nəzərdə tutan qərargah üzvləri dairənin hər tərəfini əhatə etməyə çalışacaq. Xatırladaq ki, Azər Həsrət namizədliyinin irəli sürülməsi haqqında bildirişi sentyabrın 8-də 34 saylı Xətai II seçki dairəsinin Dairə Seçki Komissiyasına təqdim edib. Həm də o, bu dairədən namizədliyi irəli sürülən ilk şəxsdir. Azər Həsrətin seçki qərargahı isə tam tərkibdə sentyabrın 13-ü səhərdən fəaliyyətə başlayıb. Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əskərin başçılığında fəaliyyət göstərən qərargah 33 əsas və 7 əlavə üzv olmaqla 40 nəfərlik tərkibdən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA