Mirşahin yeni televiziya açır - ANS-çilər orda

img

15-01-2018 [10:09]


İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır. Mirşahin komandasını tam formalaşdırıb.

Onların arasında ANS-in tanınmış simalarıLəman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var. Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq