ümid Partiyası Ali Məclisinin sessiyası keçirildi

img

13-09-2010 [12:55]


Ümid Partiyası Ali Məclisi növbəti sessiyasını keçirib. MİA-nın xəbərinə görə, sessiyanın gündəliyinə 7 noyabr seçkilərində partiyanın iştirakı, namizədlərin təsdiq olunması, o cümlədən Qarabağ blokuna daxil olan ADP və Aydınlar Partiyasının namizədlərinin təsdiqi məsələləri daxil edilmişdir. Ali Məclisin sədri, Ə. Ağazadə sessiyanı açaraq, sözü partiyanın sədri, millət vəkili İ. Ağa-agazadəyə vermiş, sədr Respublikada ictimai-siyasi vəziyyət, o cümlədən seçkilərdə iştirak və namizədlərin üzərinə düşən vəzifələr barədə geniş nitq söyləmişdir.Sonra namizədlərin təsdiqi Məclis tərəfindən rəsmiləşdirilmişdir. Sessiyada Qarabağ seçki bloku adına Ümid Partiyasının 54 deputatlığa namizədi, Aydınlar Partiyasının 10 namizədi, Demokrat Partiyasının isə 34 namizədi səsə qoyularaq təsdiq edilmişdir. Təsdiq olunmayan daha 7 namizəd isə rəhbər orqanlarda müzakirədən sonra yenidən Ali Məclisin sessiyasına təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA