Lalə Şövkət ?Ölkə? qəzetinə qarzı qaldırdığı iddia üzrə məhkəməni uddu(yenilənib)

img

13-09-2010 [09:53]


Bu gün Yasamal rayon məhkəməsində ALP lideri Lalə Şövkətin ?Ölkə? qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Bu barədə MİA-ya məlumat verən ALP sədri Əvəz Temirxan məhkəmənin Lalə Şövkətin iddiasını qismın təmin etdiyini və xeyrinə qərar çıxardığını bildirib. Qərara görə, qəzet 4 min manat təzminat ödəməli, birinci səhifəsində eyni ölçülü şəkillə ?Lalə Şövkətdən üzr istəyirik? xəbər başlığı verməlıdir, 5-ci səhifədə isə üzrün mahiyyəti açıqlanmalıdır. Ə.Temirxanın sözlərinə görə, Lala xanıma qarşı aparılan kampaniyanın arxasında dayananlar ifşa olunacaq; ?Öncə İsa Qəmbər belə bir kampaniyaya başladış Daha sonra Fridrix Naoman fondunun Azərbaycandakı nümayəndəsi Ərəstun Oruclu bu kampaniyaya qoşuldu. Biz İsa Qəmbəri başa düşürük ki, Lalə Şövkətin nüfuzu qarşısında duruş gətirə bilmədiyi üçün belə bir addım atır. Bəs Ərəstun Oruclunun niyyəti nədir. Bu baxımdan Fridrix Naoman fondunun Azərbaycandakı nümayəndəsi barədə ölçü götürməsini gözləyirik?. Xatırladaq ki, Lalə Şövkətin iddiasında cavabdeh tərəf kimi həm də 5 jurnalisin adı göstərilirdi ? Rəfail Becanov, Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynli, Elmidar Əliyev və Nicat Dağlar. Lalə Şövkət jurnalistlərin hər birindən 100 min manat məbləgində vəsair tutulmasını tələb etsə də, məhkəmə bu iddianı təmin etməyib. ?Ölkə? qəzeti məhkəmə qərarını sifarişli hesab edir və bunu hakimiyyətin bütövlükdə müstəqil mətbuata qarşı atdığı növbəti addım kimi qiymətləndirir. ?Təəssüf edirik ki, hakimiyyət müstəqil mətbuatı bu dəfə Lalə Şövkətin əli ilə ?vurdu? ? deyə, qəzetinin yaydığı press-rellizdə vurğulanır. ?Ölkə? qəzeti Yasamal məhkəməsinin çıxardığı qərardan Apellyasiya şikayəti verəcək. Qəzet həmçinin dəstək məqsədilə Azərbaycanda fəaliyyətdə olan beynəlxalq təşkilatlara, jurnalist qurumlarına və xarici ölkə səfirliklərinə müraciət etməyi də planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA