isa Qəmbərlə Əli Kərimli Bakıdakı daha 3 seçki dairəsində vahid namizədini müəyyənləzdirib

img

11-09-2010 [11:02]


Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında növbəti görüş olub. Bu barədə MİA-ya məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, görüşdə bir sıra seçki dairələri üzrə vahid namizədlərin seçilməsi ilə bağlı müzakirə aparılıb. Onun sözlərinə görə, tərəflər Bakı şəhərindəki daha 3 dairə üzrə razılaşma əldə ediblər. Belə ki, 29 saylı seçki dairəsindən Həsən Kərimovun, 25 saylı seçki dairəsindən Rauf Arifoğlunun və 30 saylı seçki dairəsindən Arif Hacılının namizədliyi blok tərəfindən dəstəklənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA